Braziliya yığmasının sabiq hücumçusu vida matçı keçirəcək
Braziliya yığmasının sabiq futbolçusu Adriano vida matçı təşkil edəcəyini açıqlayıb.
"Report" "Mirror"a istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu "Flamenqo" (Braziliya) və "İnter" (İtaliya) komandaları arasında keçiriləcək oyunda iştirak edəcək.
Futbolçu karyerasını 8 il əvvəl başa vurmuş Adrianonun iştirak edəcəyi görüş dekabrın 15-də baş tutacaq. O, matç ərzində hər iki sabiq komandasının heyətində meydana çıxacaq.
Qeyd edək ki, "İmperator" ləqəbli futbolçu karyerası ərzində İtaliyada "Roma", "İnter", "Fiorentina", "Parma", Braziliyada "Korintians", "Flamenqo", "Atletiko Paranense" klublarının formasını geyinib. Adrianonun son iş yeri ABŞ-nin "Mayami Yunayted" klubu olub. O, Braziliya millisində meydana çıxdığı 48 oyunda 27 qola imza atıb.
Oxşar xəbərlər
Braziliya millisinin sabiq futbolçusu Avstraliya klubuna keçib
Argentina yığmasının sabiq futbolçusu karyerasını bitirib
Braziliya millisinin sabiq üzvünün yeni klubu müəyyənləşib
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
