Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
00:30

Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq

06 in, 2025
00:30
765

Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq

Özbəkistan yığması tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

“Report” xəbər verir ki, özbəkistanlı futbolçular səfərdə BƏƏ komandasına qarşı 2026-cı il dünya çempionatının Asiya zonasının üçüncü raundunun qrup mərhələsinin doqquzuncu turunda 0:0 hesabı ilə heç-heçə ediblər.

Özbəkistan yığması 18 xal toplayaraq A qrupunda ikinci yerdə gedir. Üçüncü yerdəki BƏƏ komandası (14 xal) Özbəkistan yığmasını keçmək şansını itirib.

Qeyd edək ki, 2026-cı ildəki dünya çempionatı ABŞ, Meksika və Kanadada baş tutacaq.

Bizimlə əlaqə saxlayın