AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
sizinxeber.az xəbər saytı

AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb


AccessBank yaşıl maliyyələşmə və dayanıqlı investisiyaların inkişafı istiqamətində növbəti mühüm addım ataraq, AZZA tərəfindən həyata keçirilən layihə üzrə ilk müstəqil enerji auditini uğurla başa çatdırıb. Audit, responsAbility Investments tərəfindən idarə olunan Global Climate Partnership Fund-un (GCPF) dəstəyi ilə həyata keçirilib.

Enerji auditi 2025-ci ildə müstəqil texniki məsləhətçi Energy Efficiency Centre Georgia tərəfindən aparılıb və 2026-cı ildə yekunlaşdırılıb. Audit çərçivəsində yeni istehsal müəssisəsinin yaradılması və müasir Birgə İstilik və Elektrik İstehsalı (Combined Heat and Power, CHP) sisteminin tətbiqi qiymətləndirilib.

Hesabatın nəticələrinə əsasən, layihə yüksək enerji səmərəliliyi nümayiş etdirib və 30%-dək enerji qənaəti potensialına malikdir. Eyni zamanda, layihənin Azərbaycan Mərkəzi Bankının “Yaşıl Taksonomiyasına” uyğun olduğu və yaşıl aktiv kimi qiymətləndirilə biləcəyi müəyyən edilib.

Bu audit AccessBank tərəfindən müştəri layihəsi üzrə sifariş edilən ilk xarici enerji auditi olub. Layihə Bankın dayanıqlı maliyyələşmə sahəsində şəffaflıq, etibarlılıq və keyfiyyət prinsiplərinə sadiqliyini göstərir. Audit nəticələri həmçinin Bankın yaşıl aktivlərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və monitorinqi üzrə imkanlarını gücləndirir.

AccessBank GCPF-in dayanıqlı maliyyə alətlərindən aktiv istifadə edir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində enerji səmərəliliyini, iqlim dayanıqlığını və ekoloji məsuliyyətli investisiyaları dəstəkləməyə davam edir.

Oxşar xəbərlər

Azərbaycan Dünya Bankı ilə batareya enerji saxlama sistemləri üzrə əməkdaşlığı müzakirə edib
Kəlbəcərdə ilk yerli külək elektrik stansiyası haqqında memorandum imzalanıb
Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir
Kəlbəcərdə ilk yerli külək elektrik stansiyasının yaradılmasına dair memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər