"Boston Consulting Group": Azərbaycan təchizatın təhlükəsizliyi üzrə əlavə mövqedədir
sizinxeber.az xəbər saytı

"Boston Consulting Group": Azərbaycan təchizatın təhlükəsizliyi üzrə əlavə mövqedədir


Azərbaycan təchizat təhlükəsizliyi və təchizat mənbələrinə etibar baxımından digər ölkələrlə müqayisədə əlavə mövqedədir.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Boston Consulting Group"un (BCG) idarəedici Direktor və Baş tərəfdaşı Pattabi Seşadri 31-ci Bakı Enerji Forumunda bildirib.

O qeyd edib ki, ölkə təchizata, o cümlədən təchizatın dekarbonizasiyasına kifayət qədər investisiya yatırıb: "Buradakı neft-qaz, eləcə də bərpa olunan enerji resursları dünyanın istənilən yerindən rəqabətqabiliyyətli olacaq. Etibara gəlincə, burada demək olar ki, ən təhlükəsiz dəhlizlərdən biridir. Ölkənin və yerli şirkətlərin faktiki olaraq öhdəliklərini icra etmək bacarığı baxımından müqavilə etibarı mövcuddur".

P.Seşadrinin sözlərinə görə, infrastruktur daha çox inkişafa ehtiyacı olanlardan biridir: "Burada mövcud olan və çatdırılması mümkün olan qaz təchizatını reallaşdıra bilmək üçün daha çox infrastruktur tikilməlidir. Bu o deməkdir ki, bunu həyata keçirə bilmək üçün konsorsimlara, tərəfdaşlıqlara daha çox diqqət yetirmək lazım olacaq. Burada müxtəlif adlı layihələr var və hamısının yaxşı potensialı var".

Oxşar xəbərlər

BCG Naxçıvanda "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanı hazırlayacaq
“Boston Consulting Group": Bakı iqtisadi imkanlar və yaşayış keyfiyyəti üzrə müsbət göstəricilər nümayiş etdirib
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb
ADB Azərbaycanda yeni BOEM layihələrini dəstəkləməyə hazırdır
“Boston Consulting Group": Bakı yaşayış keyfiyyəti üzrə müsbət göstəricilər nümayiş etdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər