Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib


Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib.

Sizinxeber.az-nın xəbərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib ki, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində keçirilən ilk iqtisadi dialoq Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığı genişləndirəcək.

Nazirin sözlərinə görə, ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşlər Strateji Tərəfdaşlıq Xartiyası əsasında əməkdaşlığın inkişafına həsr olunub.

“Münasibətlərimiz Prezident İlham Əliyevin və Prezident Donald Trampın baxışı və liderliyi üzərində qurulub. Hamınız 2025-ci ilin avqustunda Vaşinqtona tarixi səfəri yaxşı xatırlayırsınız. Həmin səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyasına yönəlmiş siyasi anlaşma və memorandum razılaşdırılmışdı”, – Mikayıl Cabbarov vurğulayıb.

Nazir qeyd edib ki, Xartiya çərçivəsində əməkdaşlıq regional bağlantılar, ticarət, investisiya və iqtisadiyyat, enerji, təhlükəsizlik, eləcə də süni intellekt və rəqəmsal infrastruktur sahələrini əhatə edir: “Dialoq çərçivəsində çox konstruktiv, məhsuldar və nəticəyönümlü müzakirələr apardıq. Bu proses həm də Bakıda keçirilən Enerji Həftəsi fonunda baş tuturdu”.

Mikayıl Cabbarov əlavə edib ki, Prezident İlham Əliyevin iştirakı ilə kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişi də imzalanıb: “Bu sənəd iqtisadi əməkdaşlığımızda yeni səhifə açır. Bu sahə müasir iqtisadiyyat və sənaye ehtiyacları baxımından olduqca vacibdir. ABŞ-ın bu istiqamətdə ixtisaslaşmış özəl şirkətləri ilə əməkdaşlığa böyük maraq göstəririk”.

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ nümayəndə heyəti ilə iqtisadi və enerji əməkdaşlığını müzakirə edib - FOTO
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə TRIPP-in icrasını müzakirə edib
ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər