Qazaxıstan klubundan ayrılan Azərbaycan millisinin qapıçısı “Araz-Naxçıvan” və Avropa komandaları ilə danışıqlar aparır
sizinxeber.az xəbər saytı

Qazaxıstan klubundan ayrılan Azərbaycan millisinin qapıçısı “Araz-Naxçıvan” və Avropa komandaları ilə danışıqlar aparır


Qazaxıstan təmsilçisi “Astana”dan ayrılan Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli “Araz-Naxçıvan” və Avropa klubları ilə danışıq aparır.

Bu barədə “Sizinxeber.az”a futzalçı özü məlumat verib.

34 yaşlı qolkiper qərarının səbəbi barədə danışıb:

“Astana”dan öz qərarımla ayrıldım. Heç bir problem yox idi. Hətta ötən mövsümdən fərqli bu il klubda durum daha yaxşı idi. Anidən verilən qərar oldu. Bir qədər fərqli düşünürəm. “Araz-Naxçıvan” rəhbərliyi ilə danışıqlarımız olub. Lakin hazırda Avopaya getmək haqqında düşünürəm. Çünki Avropada futzal yüksəlişdədir. Polşa, Çexiya, Yunanıstan kimi ölkələr inkişaf ediblər. Digər tərəfədən, övladımın gələcəyini, təhsilini də düşünməliyəm. Elə bir qərar verməliyəm ki, Azərbaycan və ya getdiyim ölkədə də şərait baxımından hər şey qaydasında olsun. Yekun qərarımı, yəqin ki, yaxın günlərdə açıqlayacağam”.

Qeyd edək ki, Rövşən Hüseynli 2024-cü ildən "Astana"nın formasını geyinirdi.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” iki futzalçı ilə anlaşıb
Azərbaycanın futzal millisinin hazırlıq üçün heyəti açıqlanıb
Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb
"Araz-Naxçıvan" braziliyalı futzalçı ilə yolları ayırıb
Azərbaycanın futzal millisinin Afinaya gedəcək yekun heyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle