Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevlə İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu arasında görüş keçirilib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə iranlı diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.

Səfir keçirilən görüşün detallarını bölüşərək regional məsələlərin diqqət mərkəzində olduğunu vurğulayıb:

“Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdə regional proseslər müzakirə olunub, həmçinin ikitərəfli münasibətlərdə gündəmdə olan bəzi məsələlərin irəlilədilməsi ilə bağlı razılıq əldə edilib”.

Oxşar xəbərlər

Türkiyə səfiri Hikmət Hacıyevlə görüşüb
Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər