AFFA İntizam Komitəsi 8 komandaya texniki məğlubiyyət verib
sizinxeber.az xəbər saytı

AFFA İntizam Komitəsi 8 komandaya texniki məğlubiyyət verib


AFFA İntizam Komitəsi aşağı liqalarda çıxış edən 8 komandaya texniki məğlubiyyət verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA U-16 Liqasında UFA "Turan Tovuz"la oyuna getməyib. U-13 Liqasında "Şirvan" "Sabirabad"la matçda yetərsay olmadığına görə eyni halla üzləşib.

U-12 Liqasında "Aran" (Yevlax) "Real"la görüşdə yetərsay olmadığına, U-11 Liqasında isə “Paralimpiya İdman Kompleksi” komandası “Məhəllə uşaqları” ilə qarşılaşmada protokolu təqdim etmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-10 Liqasında UFA "Karvan"la oyunda, "Sahil" "Gənclik"lə matçda, "Məhəllə Uşaqları" “Paralimpiya İdman Kompleksi” ilə görüşdə yetərsay olmadığından cəzalanıb.

Nəhayət, U-13 Liqasında "Universal" "Xocalı" ilə duelə təyin olunan vaxtda çıxmadığı üçün texniki məğlubiyyətə məruz qalıb.

Oxşar xəbərlər

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib
"Zirvə" komandasına texniki məğlubiyyət verilib
AFFA iki məşqçini beş oyunluq cəzalandırıb
AFFA Gənclər Liqasında bir oyun baş tutmayıb
Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər