Tramp: ABŞ və İran anlaşma memorandumunu gələn həftə razılaşdıra bilər
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran anlaşma memorandumunu gələn həftənin əvvəlində yekunlaşdıra bilər.
"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə "ABC News"a telefonla müsahibəsində bildirib.
"Düşünürəm ki, söhbət gələn həftədən gedir", - Tramp sənədin təsdiqlənməsinin mümkün vaxtı ilə bağlı suala cavab olaraq bildirib.
ABŞ lideri həmçinin əlavə müddəaların daxil ediləcəyini gözlədiyi üçün memorandumun əvvəlki versiyası ilə razılaşmadığını da qeyd edib.
Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq bir sıra şəhərlərə hava zərbələri endiriblər. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Tramp: İranla danışıqlar davam edir
SEPAH: Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib
Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır
Tramp: ABŞ və İran arasında saziş gələn həftə razılaşdırıla bilər
Tramp: Netanyahu gələn həftə ABŞ-yə səfər edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

