Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 5 dəfə artırıb
sizinxeber.az xəbər saytı

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 5 dəfə artırıb


Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 36,42 milyon ABŞ dolları dəyərində 41 min 981 ton neft və neft yağları idxal edib.

"Sizinxeber.az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq 5 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

2026-cı ilin ilk 4 ayında Gürcüstan xarici ölkələrdən 471,32 milyon ABŞ dolları dəyərində 590 min 593 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 19 % və 12 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 173,7 milyon ABŞ dolları dəyərində 255,2 min ton, Türkiyədən 56,9 milyon ABŞ dolları dəyərində 50 min ton, Rumıniyadan 45,6 milyon ABŞ dolları dəyərində 63 min ton, Bolqarıstandan 38 milyon ABŞ dolları dəyərində 44,6 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 13 % artıb
Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər