Qanalı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində vəfat edib
sizinxeber.az xəbər saytı

Qanalı futbolçu Dominik Frimponq silahlı hücum nəticəsində vəfat edib


Qananın "Berekum Çelsi" klubunun 20 yaşlı futbolçusu Dominik Frimponq silahlı hücum nəticəsində həlak olub.

"Sizinxeber.az"un Qana Futbol Assosiasiyasına (GFA) istinadən məlumatına görə, hadisə klubun avtobusuna silahlı hücum zamanı baş verib.

"Samarteks"lə səfər oyunundan (0:1) qayıdarkən komandanın avtobusu hücuma məruz qalıb. Bir qrup silahlı şəxs soyğunçuluq məqsədilə yolu bağlayaraq avtobusa atəş açıb. D.Frimponq aldığı güllə yarasından sonra vəfat edib.

Qeyd edək ki, hücumçu cari mövsümdə keçirdiyi 13 matçda 2 qol vurmuşdu.

Oxşar xəbərlər

Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb
İranda məhkəmə binasına silahlı hücum olub, beş nəfər ölüb - YENİLƏNİB
İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var
İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər