İranda məhkəmə binasına silahlı hücum olub, beş nəfər ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İranda məhkəmə binasına silahlı hücum olub, beş nəfər ölüb - YENİLƏNİB


İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi məlumat yayıb.

Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.

Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.

10:46

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.

“Sizinxeber.az” “Azad Iran” kanalına istinadən xəbər verir ki, bir neçə silahlı şəxs binaya soxulub.

Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var.

Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar.

Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.

Oxşar xəbərlər

İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var
Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb
İranda silahlı şəxslərin məhkəmə binasına hücumu zamanı 5 nəfər ölüb- YENİLƏNİB-1
İranın cənub-şərqində əməliyyat keçirilib, silahlı qruplaşmanın komandiri və bəsic ölüb
İranda silahlı toqquşma zamanı 10 sərhədçi həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər