Almaniyanın "Union" klubuna qadın baş məşqçilik edəcək
"Union" klubu baş məşqçi Şteffen Baumqartın istefasını açıqlayıb.
"Sizinxeber.az" xəbər verir ki, qərar Almaniya çempionatı çərçivəsində səfərdə "Haydenhaym"a 3:1 hesabı ilə məğlubiyyətdən sonra qəbul edilib.
Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək, əvvəllər U-19 gənclər heyətinə rəhbərlik edən Mari-Luiza Eta təyin olunub.
"Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə "Union"un fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik", - klubun rəsmi saytı 34 yaşlı mütəxəssisin sözlərini sitat gətirib.
54 yaşlı Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə kollektiv 51 oyun keçirib, bu görüşlərdə 16 qələbə qazanıb, rəqibləri ilə 14 dəfə heç-heçə edib və 21 görüşdə məğlub olub.
29 turun yekunlarına əsasən, aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
"Borussiya Dortmund"öz meydanında qələbə qazanıb
“Bavariya” 11-ci dəfə futbol üzrə Almaniya Superkubokunu qazanıb
Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb
“Borussiya Dortmund” öz meydanında məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
