“Bavariya” 11-ci dəfə futbol üzrə Almaniya Superkubokunu qazanıb
Almaniyanın futbol üzrə Superkubok matçında "Bavariya" "Ştutqart"ı 2:1 hesabı ilə məğlub edərək kuboku qazanıb.
"Report"un məlumatına görə, qarşılaşma "Ştutqart Arena"da keçirilib və oyunu baş hakim Harm Osmersin rəhbərliyi ilə hakimlər qrupu idarə edib.
Matçın 18-ci dəqiqəsində Harri Keyn fərqlənərək, münhenliləri hesabda irəli çıxarıb. "Bavariya"nın ikinci qolunu 77-ci dəqiqədə Luis Dias vurub. "Ştutqart"ın heyətində 90+4-cü dəqiqədə Ceymi Levelinq qola imza atıb.
“Ştutqart” ötən mövsüm Almaniya Kubokunu qazanıb. Yarışın finalında “Arminiya”ya 4-2 hesabı ilə qalib gəliblər. 2024/2025 mövsümündə "Bavariya" Almaniya çempionu olub. Bundesliqanın 34 turunda Vinsent Kompaninin komandası 82 xal toplayıb və ən yaxın rəqibi “Bayer”i 13 xal qabaqlayıb.
Yeni Bundesliqanın ilk turunda “Bavariya” avqustun 22-də evdə “Leypsiq”lə, “Ştutqart” isə avqustun 23-də səfərdə “Union”la qarşılaşacaq.
Oxşar xəbərlər
"Bavariya" 11-ci dəfə Almaniya Superkubokunun qalibi olub
"Bavariya" 34-cü dəfə Bundesliqanı qazanıb
“Bavariya” öz meydanında çətin qələbə qazanıb
“Bavariya” səfərdə heç-heçə edib
“Bavariya” öz meydanında qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
