Azərbaycan CIAT Baş Assambleyasında təmsil olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2026
11:30
ff aaaaaaa

Azərbaycan CIAT Baş Assambleyasında təmsil olunub

15 may, 2026
11:30
912

Azərbaycan CIAT Baş Assambleyasında təmsil olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 60-cı Baş Assambleyasında təmsil olunub.

"Report" bu barədə Xidmətə istinadə xəbər verir.

Məlumata görə, tədbir Dominikanın Punta-Kana şəhərində keçirilib. Baş Assambleya çərçivəsində Latın Amerikası, Asiya və digər region ölkələrinin vergi administrasiyalarının nümayəndələri arasında vergi inzibatçılığının rəqəmsal transformasiyası, elektron xidmətlərin təkmilləşdirilməsi, avtomatik məlumat mübadiləsi, süni intellekt əsaslı həllərin tətbiqi və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması istiqamətində geniş təcrübə mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti xarici ölkələrin vergi administrasiyaları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul