ADSEA rəsmisi: Azərbaycan genişmiqyaslı erkən xəbərdarlıq sistemi layihəsini həyata keçirəcək
Azərbaycan genişmiqyaslı erkən xəbərdarlıq sistemi layihəsini həyata keçirəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, şəhərləri qoruyan ən vacib mexanizm effektiv Erkən Xəbərdarlıq Sistemidir:
"Növbəti 4–5 il ərzində Azərbaycan Yaşıl İqlim Fondu və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə genişmiqyaslı erkən xəbərdarlıq sistemi layihəsini həyata keçirəcək. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən birgə icra olunacaq. Bu, müasir daşqın, quraqlıq modelləşdirməsi, eləcə də qabaqcıl elmi alətlərin yaradılmasını nəzərdə tutur".
X.Məmmədov bildirib ki, Azərbaycan fiziki infrastrukturun gücləndirilməsinə də ciddi investisiyalar yatırır:
"Azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay və Zabuxçay su anbarlarını bərpa etmişik və yenidən qurmuşuq. Həmçinin üç anbarlı Kəndələnçay kompleksini yeniləmişik. Qəbələ rayonunda Yengicə su anbarı, Oğuz və Şəki rayonlarında Alıcançay su anbarı tikilir və əsas su kanalları bərpa olunur. Bundan əlavə, dağ çaylarının sularını toplamaq üçün nəzərdə tutulmuş 6 yeni su anbarı, o cümlədən Həkəriçay və Bərgüşadçay su anbarları üzərində iş aparılır".
Oxşar xəbərlər
Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
Nazir müavini: "Hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sistemi gücləndiriləcək"
Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir
Bakıda "Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
Muxtar Babayev: Şəhərsalmada iqlim dəyişikliklərinin nəzərə alınması vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
