"Barselona" – "Atletiko" matçının hakimi İştvan Kovaç cəzalandırılıb
sizinxeber.az xəbər saytı

"Barselona" – "Atletiko" matçının hakimi İştvan Kovaç cəzalandırılıb


UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" – "Atletiko" (Madrid) matçının (0:2) baş hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılıb.

"Report"un "Sport.es" nəşrinə istinadən məlumatına görə, qurum rumıniyalı referinin sözügedən qarşılaşmada bir neçə ciddi səhvə yol verdiyini qeyd edib.

"Barselona" klubu hakimin idarəçiliyindən və VAR otağının fəaliyyətindən rəsmi şikayət edib. Kataloniyalılar oyunun 54-cü dəqiqəsində rəqib futbolçunun cərimə meydançasında topu əllə oynamasına baxmayaraq, penalti təyin edilməməsini əsas gətiriblər.

Qeyd edək ki, cəzaya baxmayaraq, Kovaç DÇ-2026-da iş başında olacaq. Onun adı FİFA-nın turnir üçün hazırladığı hakim siyahısına daxil edilib.

Oxşar xəbərlər

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
"Barselona" - "Real" oyununun baş hakimi açıqlanıb
La Liqa rəhbərliyi "Barselona" - "Atletiko" matçının ABŞ-də keçirilməsindən imtina edib
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
UEFA Çempionlar Liqası: "Barselona" səfərdə, "Atletiko" doğma divarlar arasında geridönüş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər