Mirziyoyev və Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Mirziyoyev və Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə ediblər


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qırğızıstanlı həmkarı Sadır Japarovla Türküstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti çərçivəsində keçirilən görüşdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə ediblər.

"Report"un Türküstana ezam olunmuş müxbirinin məlumatına görə, tərəflər özbək-qırğız dostluq, qonşuluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Liderlər qarşılıqlı ticarətin dinamik artımını, sənaye, kənd və su təsərrüfatı, digər prioritet sahələrdə kooperasiya layihələrinin irəliləməsini qeyd ediblər.

Həmçinin tərəflər ali səviyyədə əldə edilmiş razılaşmaların praktiki həyata keçirilməsinə, o cümlədən energetika və nəqliyyat əlaqələri sahəsində iri regional layihələrin, xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin sürətləndirilməsi üzrə tədbirlərə toxunublar.

Mirziyoyev və Japarov həmçinin regional gündəliyin mühüm aspektləri barədə fikir mübadiləsi aparıb və qarşıdakı ali səviyyəli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.

Oxşar xəbərlər

Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun inşası müzakirə olunub
Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar
Özbəkistan və Macarıstan liderləri iki ölkə arasında strateji tərəfdaşlığı müzakirə ediblər
Rəhmon, Mirziyoyev və Japarov Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalayıb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər