Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq


UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçiriləcək.

“Sizinxeber.az”un məlumatına görə, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxacaq.

Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

Qeyd edək ki, mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.

Oxşar xəbərlər

ÇL: PSJ və "Porto" növbəti mərhələdə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: son çempion “Barselona” yarımfinalda “Çelsi”yə rəqib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya La Liqası: “Barselona” xal itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir təqvim ilində 5 və daha çox kubok qazanan klublar - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər