La Liqa rəhbərliyi "Barselona" - "Atletiko" matçının ABŞ-də keçirilməsindən imtina edib
İspaniya La Liqasının rəhbərliyi "Barselona" - "Atletiko" matçının Mayamidə (ABŞ) keçirilməsi ideyasından imtina edib.
"Report" "Diario Sport"a istinadən xəbər verir ki, İspaniya çempionatının XVIII turunun oyununun dekabrın 22-də Mayamidə keçirilməsi planlaşdırılmışdı.
Lakin qarşılaşmanın Kataloniya paytaxtında təşkilinə qərar verilib.
La Liqanın prezidenti Xavyer Tebas ölkədə baş verən faciə fonunda İspaniya çempionatı matçlarının ABŞ-də keçirilməsinin düzgün olmadığını söyləyib. Bununla yanaşı, rəhbərlik 2025-ci ildə ABŞ-də oyun keçirməyi istisna etmir.
Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan yağışları daşqınlara yol açıb. Son məlumatlara görə, nəticədə 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.
Oxşar xəbərlər
"Valensiya" İspaniya Kuboku matçının növbəti dəfə təxirə salınmasını xahiş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
