Tanınmış rusiyalı futbolçu karyerasını bitirməyi düşünmür
sizinxeber.az xəbər saytı

Tanınmış rusiyalı futbolçu karyerasını bitirməyi düşünmür


Rusiya millisinin futbolçusu Artyom Dzyuba 37 yaşında olmasına baxmayaraq, karyerasını bitirməyi düşünmür.

"Report" xəbər verir ki, hücumçu bu barədə "Matç TV"-yə danışıb.

"Fəxr edirəm ki, futbola olan sevgimi itirməmişəm. Bu oyunu hər şeydən çox sevirəm. Özümdə güc və rəqabət hissini itirməmişəm. Vacib olan da budur. Belə fikirlər gələndə oturdum, özümlə danışdım və anladım ki, futbolu hər şeydən çox sevirəm. Buna görə də ləngimək həvəsi gözləyəcək, hələ də yarışmaq və bu rəqabət ruhunu hiss etmək istəyirəm. Mənim üçün bu, çox vacibdir", - deyə o bildirib.

Qeyd edək ki, hazırda ölkəsində "Akron" klubunun şərəfini qoruyan Dzyuba cari mövsüm 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Fransa millisinin və "Barselona"nın sabiq futbolçusu 31 yaşında karyerasını bitirməyi düşünür
Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu 31 yaşında futbolçu karyerasını sonlandırıb
"Qalatasaray"ın sabiq futbolçusu 45 yaşında karyerasını başa vurub
Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib
Rusiya millisinin keçmiş futbolçusu bir il ərzində 100 dəfə cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər