Xocalının 6 kəndinə ümumilikdə daha 41 ailə yola salınıb
sizinxeber.az xəbər saytı

Xocalının 6 kəndinə ümumilikdə daha 41 ailə yola salınıb


Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailənin (13 nəfər) daimi qayıdışı təmin edilib.

Oxşar xəbərlər

Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Xocalının dörd kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edilib - YENİLƏNİB-2
Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb
Növbəti köç karvanı bu kəndlərə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər