Şöbə müdiri: Azad edilmiş ərazilərdə yenidənqurma prosesi plana uyğun qaydada həyata keçirilir
sizinxeber.az xəbər saytı

Şöbə müdiri: Azad edilmiş ərazilərdə yenidənqurma prosesi plana uyğun qaydada həyata keçirilir


Azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi tam şəkildə əvvəlDən hazırlanmış planlara uyğun qaydada həyata keçirilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

R.Cahangirov qeyd edib ki, bütün infrastruktur və yaşayış tikintilərinin şəhərsalma norma və standartları əsasında həyata keçirilməsinin zəruriliyini vurğulayıb:

"Lakin hər bir layihənin əsas prioriteti təhlükəsizlikdir. Buna görə də bütün sistem elə qurulub ki, ilk növbədə ərazi təhlükəsiz elan olunsun və yalnız bundan sonra tikinti və digər işlərə başlanılsın. Bu proses olduqca mürəkkəbdir. Həftə ərzində keçirilən müxtəlif panel və sessiyalarda da vurğulandığı kimi, koordinasiya xüsusilə şəhərsalma və mina təmizləmə fəaliyyətində ən vacib amillərdən biridir. Çünki növbəti mərhələyə keçmək üçün ərazinin tam şəkildə minalardan təmizləndiyinə əmin olmaq lazımdır. Bundan əvvəl isə hansı ərazilərin daha çox, hansılarının isə daha az çirkləndiyini müəyyən etmək üçün davamlı məsləhətləşmələr aparılır".

Oxşar xəbərlər

Ramil Cahangirov: Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur
İşğaldan azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunur
ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
Azad edilmiş ərazilərdə Serbiya şirkətləri ilə şəhərsalma sahəsində əməkdaşlıq potensialı araşdırılır
Bahar Muradova: "WUF13 Azərbaycan üçün yeni mərhələdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər