Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb - FOTO
sizinxeber.az xəbər saytı

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb - FOTO


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal medianın diqqət mərkəzindədir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bir çox ölkələrin xəbər agentlikləri, saytları, televiziya kanalları və çap mediası WUF13-ün açılış mərasimini işıqlandırıb, auditoriyanı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirin gündəliyinin əhəmiyyəti barədə məlumatlandırıb.

Bir sıra televiziya kanalları WUF13-ün açılış mərasimini canlı yayımlayıb. Çoxsaylı xəbər materiallarında dövlətimizin başçısının çıxışından fikirlər yer alıb. Prezident İlham Əliyevin Azərbaycanda şəhərsalmanın sürətli templəri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı ilə bağlı fikirləri vurğulanıb. Azərbaycan Prezidentinin dünyanın hər yerindən on minlərlə nümayəndənin qatılacağı beynəlxalq tədbirin gündəliyinin əhəmiyyəti ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.

Eyni zamanda, qeyd edilib ki, Bakıda keçirilən tədbirdə qeydiyyatdan keçmiş iştirakçıların sayı rekord həddə çatıb və bu, WUF13-ü COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirə çevirir. Bundan başqa, materiallarda Bakıdakı tədbirə marağın səviyyəsini misilsiz adlandıran BMT-nin Məskunlaşma Proqramının nümayəndələrinin çıxışlarından sitatlar gətirilib. BMT-nin Baş katibi Antonio Quterreşin sessiya iştirakçılarına ünvanladığı videomüraciətdən bəhs olunub. Vurğulanıb ki, o, mənzil təminatının insanların sağlamlığına, təhsilinə və gələcək imkanlarına birbaşa təsir etdiyini vurğulayaraq, Azərbaycanda müzakirələrin vacibliyini qeyd edib.

Həmçinin bildirilib ki, WUF13 platforması xarici qonaqlara Azərbaycanda şəhərsalma və memarlıq sahəsində baş verən dəyişikliklərlə daha dərindən tanış olmaq imkanı verir. Ayrı-ayrı dövlətlər, xüsusilə Türkiyə rəsmiləri COP31 iqlim sammitinə hazırlıq da daxil olmaqla, beynəlxalq tədbirlərin təşkilində Azərbaycanın təcrübəsindən istifadə etməyə hazır olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır
İqor Sergeyenko: Azərbaycanda WUF13 yüksək səviyyədə təşkil edilib
WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı rekord həddə çatıb
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər