sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Qalatasaray"ın sabiq futbolçusu 45 yaşında karyerasını başa vurub
Yaponiya millisinin və Türkiyə təmsilçisi "Qalatasaray"ın 45 yaşlı sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını başa vurub.
"Report" xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.
2006/2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu kimi tarixə düşmüşdü. O, "sarı-qırmızılar"ın heyətində 34 matçda 1 qol vurub.
Qeyd edək ki, futbolçu son olaraq ölkəsinin "Nankatsu" klubunun şərəfini qoruyub.
Oxşar xəbərlər
Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu 31 yaşında futbolçu karyerasını sonlandırıb
Portuqaliya millisinin üzvü karyerasını başa vurub
İngiltərə Premyer Liqasında çıxış etmiş futbolçu karyerasını başa vurub
"Qalatasaray"ın sabiq kapitanı II Divizion komandasını çalışdıracaq
Argentina yığmasının sabiq futbolçusu karyerasını bitirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













