Sizinxeber.az » İdman » Futbol » "Omoniya" ilə oyunların nəticəsi "Araz-Naxçıvan" rəhbərliyini qane etməyib

"Omoniya" ilə oyunların nəticəsi "Araz-Naxçıvan" rəhbərliyini qane etməyib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi "Omoniya" ilə oyunların nəticəsi "Araz-Naxçıvan" rəhbərliyini qane etməyib.

Bunu "Sizinxeber.az"a açıqlamasında Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib.

Klub rəsmisi komandanın cari mövsüm avrokuboklardakı çıxışı barədə fikirlərini bölüşüb:

"Avrokuboklarda debüt mövsümümüz idi. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki çıxışımız uğurlu alındı. Kifayət qədər yaxşı oyun sərgiləmişdik. Komanda qısa müddətdə yığılmışdı və heyətin 70-80 faizi dəyişmişdi. Buna baxmayaraq, avrokuboklar üçün yaxşı hazırlıq keçmişdik. Çox çətin rəqib olan olan Yunanıstan təmsilçisi "Aris"i üstələdik. Təəssüf ki, növbəti raundda Kiprin "Omoniya" kollektivi ilə oyunlarda bunun davamını gətirə bilmədik. Komanda hər iki qarşılaşmada potensialından çox aşağı çıxış etdi. Bunun səbəblərini araşdıracağıq. Avrokuboklarda ilk təcrübəmiz idi. Bəlkə rəqib də kifayət qədər güclü idi. Rəhbərlik "Omoniya" ilə matçların nəticəsindən razı deyil. Amma debüt olduğunu da nəzərə almalıyıq. Komanda daha artığına layiq idi. Gələcəyə ümidlə baxmaq olar".

O, rəhbərliyin oyunçular və məşqçilərlə görüşdüyünü söyləyib:

"Təbii ki, rəhbərlik "Omoniya" ilə oyunlar haqqında fikirlərini çatdırıb. Komandadan gözləntilər böyük idi. Amma nəticə bizi qane etmədi. Rəhbərlik narazlığını çatdırıb. Lakin oyunçulara inanırıq, çempionatda qarşılarına böyük hədəf qoyulub. Onlar da ilk turdan bunun üçün mübarizə aparmağın lazım olduğunu bilirlər.

E.Yusubov qarşıdakı hədəflərdən söz açıb:

"Hazırda çempionata köklənmişik. Bu gün "Zirə"yə qarşı ilk matçımız olacaq. "Omoniya" ilə görüşlərdəki uğursuzluğu çempionatda unutduracağımıza ümid edirik. Azarkeşlərimizi ancaq qalibiyyətlərlə sevindirmək istəyirik. Məqsəd və hədəf yenə də böyükdür. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Premyer Liqada medallar uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, "Araz-Naxçıvan" Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya"ya hər iki matçda uduzub - 0:4, 0:5.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !