Rosio Lombera Qonsales: Bakıdakı WUF13 forumu möhtəşəm idi
Meksika hökuməti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir.
"Report" xəbər verir ki, bu barədə Mexikonun beynəlxalq məsələlər üzrə baş əlaqələndiricisi Rosio Lombera Qonsales bağlanış mərasimində bildirib.
"Mexiko hökuməti və Meksika nümayəndə heyəti adından WUF13-ün təşkili münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Bakı bizi böyük səxavət, əzəmət və heyranedici qətiyyətlə qarşıladı", - o qeyd edib.
R.Qonsales əlavə edib ki, WUF13-ün keçirilməsi üçün göstərilən səylər xüsusi təqdirə layiqdir.
"Bu asan deyildi, lakin yenə də forumu yüksək səviyyədə keçirməyə nail oldunuz. Forum möhtəşəm idi. Təşəkkürlər, Azərbaycan", - o bildirib və Azərbaycan dilində "Çox sağ ol" əlavə edib.
Oxşar xəbərlər
Qonsales: Meksika Bakıdan çoxlu sayda ideya ilə qayıdır
Qonsales: Bakıdakı WUF13 sessiyası həqiqətən inklüziv və iştirak üçün açıq idi
Qambiya paytaxtının meri Azərbaycana minnətdarlığını bildirib
Festival iştirakçısı: Ümumdünya Şəhərsalma Forumunun Qarabağda keçirilməsi bizi çox sevindirir
UNECA Afrika üçün kritik əhəmiyyətli məqamda WUF13-ün keçirilməsinə görə Azərbaycanı təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
