"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"
sizinxeber.az xəbər saytı

"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"


Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri "Araz-Naxçıvan"ı yaxşı komanda adlandırıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Gürcüstanda “Torpedo”ya 4 cavabsız qolla qalib gəldikləri II təsnifat mərhələsinin cavab matçından sonra bu barədə açıqlama verib.

O, oyundan və hesabdan razı olduqlarını söyləyib:

"Növbəti raundda daha yaxşı kollektivlərlə üz-üzə gələrik. "Aris"in oynadığı yaxşı komandadır. Futbolda hər şeyin yaxın nəticələrə görə dəyərləndirildiyini də bilirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" III təsnifat mərhələsində "Omoniya" ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.

Oxşar xəbərlər

Elmar Baxşıyev: "Aris"lə oyunda şanslı tərəf biz olduq"
UEFA reytinqi: Rusiyanı qabaqlayan Azərbaycan 28-ci pillədə möhkəmlənib
"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək
"Aris"in baş məşqçisi: "Araz-Naxçıvan"ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik"
UEFA Konfrans Liqası: Azərbaycan klubları cavab matçlarını keçirəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər