Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək
sizinxeber.az xəbər saytı

Naxçıvanda İcazə blankları yeni ünvanda veriləcək


Naxçıvan şəhərində sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi yeni ünvanda təşkil edilir.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, mayın 23-dən Naxçıvan şəhəri, Atatürk küçəsi 1 ünvanında yerləşən Mərkəzi Poçt şöbəsində daşıyıcılara avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün xarici ölkələrin İcazə blanklarının verilməsi xidməti göstəriləcək.

Yeni ünvanda xidmətlərin təqdim edilməsi sahibkarlıq subyektlərinə bu xidmətlərə asan və rahat çıxışı təmin edir.

Qeyd edək ki, sahibkarlara göstərilən xidmətlərin şəffaflığının təmin edilməsi məqsədilə AYNA tərəfindən əvvəlki dövrlərdə Bakı, Gəncə, Xaçmaz və Yevlax KOB evlərində, həmçinin "Azərpoçt" MMC-nin Lənkəran rayon filialında icazə blanklarının verilməsi xidməti təşkil olunub.

Uçotun təşkili, eləcə də bu sahədə nəzarətin elektron qaydada təmin edilməsi məqsədilə daşıyıcılara İcazə blanklarını permits.ayna.gov.az sistemi üzərindən sifariş etmələri tövsiyə olunur.

Oxşar xəbərlər

AYNA "İcazə" blanklarının qalıq sayını açıqlayıb
Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb
AYNA bayram günlərində "Bakı KOB evi"ndə xidməti davam etdirir
Azərbaycan və Özbəkistan elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirib
Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər