Arif Əsədov: "Araz-Naxçıvan" Kiprdə Azərbaycanın UEFA reytinqinə əmsallar əlavə etmək üçün çalışmalıdır"
sizinxeber.az xəbər saytı

Arif Əsədov: "Araz-Naxçıvan" Kiprdə Azərbaycanın UEFA reytinqinə əmsallar əlavə etmək üçün çalışmalıdır"


"Araz-Naxçıvan" səfərdə yaxşı nəticə üçün mübarizə aparmalı və Azərbaycanın UEFA reytinqinə əmsal əlavə etmək üçün çalışmalıdır.

Bu sözləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Naxçıvan təmsilçisinin bu gün Kiprdə "Omoniya"ya qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Təmsilçimizin işi çətindir. Çünki ilk qarşılaşmada qeydə alınan 0:4 hesablı məğlubiyyətdən sonra səfərdə oynamaq daha ağır olacaq. Amma nəzərə almalıyıq ki, "Araz-Naxçıvan" əvvəlki raundda Yunanıstanın "Aris" klubunu mübarizədən kənarlaşdırdı. Bu, onların avrokuboklarda debüt mövsümüdür. İlk il üçün uğurlu saymaq olar".

A.Əsədovun fikrincə, komanda bugünkü görüşdə rahat futbol sərgiləməlidir:

"Araz-Naxçıvan" səfərdə yaxşı nəticə üçün mübarizə aparmalı və Azərbaycanın UEFA reytinqinə əmsal əlavə etmək üçün çalışmalıdır".

Qeyd edək ki, "Omoniya" - "Araz-Naxçıvan" oyunu bu gün, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Evdəki ilk qarşılaşmada Azərbaycan təmsilçisi 4 cavabsız qolla uduzub.

Oxşar xəbərlər

"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"
Azərbaycan millisinin sabiq məşqçisi: "Yunanıstandakı cavab matçı "Araz-Naxçıvan” üçün çətin olacaq"
"Araz-Naxçıvan"ın Kiprə səfər planı müəyyənləşib
Azər Bağırov: "Araz Naxçıvan" - "Omoniya" oyununda şanslar bərabərdir"
AFFA Məşqçilər Komitəsinin üzvü: "Omoniya" ilə cavab oyunu "Araz-Naxçıvan" üçün imic baxımından önəmlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər