Azərbaycan Tacikistanda keçiriləcək beynəlxalq sərgilərə dəvət olunub
Azərbaycan tərəfi bu ilin iyun və avqust aylarında Tacikistanda keçiriləcək beynəlxalq ticarət və qida sənayesi sərgilərində iştiraka dəvət olunub.
Bu barədə "Sizinxeber.az" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan–Tacikistan biznes forumu çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda ilə görüşüb.
Görüşdə iki ölkənin biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması, eləcə də yaradılması planlaşdırılan Azərbaycan–Tacikistan İşgüzar Şurasına dair müzakirə aparılıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir və bu göstərici iqtisadi əməkdaşlığın daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Bu müstəvidə Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və Tacikistan vasitəsilə üçüncü ölkə bazarlarına ixrac potensialı yüksək qiymətləndirilib.
Görüşdə həmçinin növbəti dövrdə sərgilərin təşkili və tədbirlərdə birgə iştirak barədə fikir mübadiləsi aparılıb. Tərəflər Tacikistanda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində ortaq sərginin təşkili imkanını nəzərdən keçiriblər.
Qeyd edək ki, mayın 21-də Bakıda keçirilən Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Şuranın yaradılmasında məqsəd Azərbaycan və Tacikistanın sahibkarlıq subyektləri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığının, investisiyaların, ixracın və elektron ticarətin inkişaf etdirilməsidir.
Oxşar xəbərlər
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
Azərbaycan İspaniyanın texnoloji həllərində və texnologiya transferində maraqlıdır
AZPROMO LCCI ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
AZPROMO və Çexiya Sənaye Konfederasiyası Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
