AFFA rəsmisi Cahangir Fərəcullayev Səbinə Əliyeva ilə birgə layihələri müzakirə edib
sizinxeber.az xəbər saytı

AFFA rəsmisi Cahangir Fərəcullayev Səbinə Əliyeva ilə birgə layihələri müzakirə edib


AFFA-nın baş katibi Cahangir Fərəcullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

AFFA-dan "Sizinxeber.az"a verilən məlumata görə, görüşdə Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Müvəkkil hər il ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin ölkədə "İnsan Hüquqları Aylığı" elan edildiyini, bu çərçivədə silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.

Səbinə Əliyeva uşaqların və gənclərin sağlam, düzgün fiziki inkişafının təmin olunmasının, onların idmana, xüsusilə futbola cəlb edilməsinin vacibliyini vurğulayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində assosiasiyanın fəaliyyəti, ölkədə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə həmçinin Ombudsman təsisatı ilə AFFA arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər qeyd olunub, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Səbinə Əliyeva monteneqrolu həmkarı ilə əməkdaşlığı müzakirə edib
Ombudsman Aparatı ilə AHİK arasında Memorandum imzalanıb
Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib
AFFA-nın baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər