Argentinalı memar: Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı
Azərbaycanın forum iştirakçılarına göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirirəm. Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində çıxış edən Latın Amerikası Qadınlar və Habitat Şəbəkəsinin həmtəsisçisi, argentinalı memar Ana Falu deyib.
O, Azərbaycan hökumətinə, həmçinin forumun təşkilində iştirak edən könüllülərə və bütün tərəfdaşlara minnətdarlığını ifadə edib, onların mehribanlığı və peşəkarlığının tədbirin uğuruna mühüm töhfə verdiyini qeyd edib.
Ana Falu çıxışında qadınların hüquqları sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada milyonlarla qadının hələ də müxtəlif formalarda sistemli ayrı-seçkiliklə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, qadınlar irq, etnik mənsubiyyət, yaş, əlillik və yaşadıqları ərazilərdən asılı olaraq çoxsaylı maneələrlə qarşılaşırlar.
O qeyd edib ki, bu problemlər qadınların adekvat mənzil hüququna, şəhər hüququna və yaşadıqları ərazilərin inkişafında iştirak imkanlarına mənfi təsir göstərir.
“Buna görə də qadınların səsini dinləməyə ehtiyac var. Qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır”, – Ana Falu əlavə edib.
Latın Amerikalı ekspert vurğulayıb ki, şəhərsalma və mənzil siyasətinin formalaşdırılmasında qadınların iştirakı gücləndirilməli, onların hüquqları dayanıqlı və inklüziv şəhərlərin qurulmasının əsas elementlərindən biri kimi nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Anna Falu WUF13-ün keçirilməsinə görə Azərbaycana dərin təşəkkür edib
Komitə sədri: WUF13 dayanıqlı inkişafa ortaq öhdəliyi əks etdirən bir platformaya çevrilib
Nepallı QHT rəhbəri Azərbaycana WUF13-də qonaqpərvərliyə görə təşəkkür edib
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
UN-Habitat rəhbəri: Azərbaycan WUF13-ə yüksək səviyyədə ev sahibliyi edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
