"Araz-Naxçıvan"ın baş məşqçisi: "Omoniya" səfərində yaxşı nəticə qazanmaq üçün çalışacağıq"
"Araz-Naxçıvan" "Omoniya" ilə səfər maçında yaxşı nəticə qazanmaq istəyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, komandasına inandığını bildirib:
“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq"
Mütəxəssis Bakıdakı ilk matçın istədikləri kimi getmədiyini söyləyib:
"Hesabı kənara qoysaq, Bakıda istədiyimiz matçı da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik. Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.
Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Elmar Baxşıyev: "Omoniya"ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
Elmar Baxşıyev: "Omoniya"ya qarşı oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"
Elmar Baxşıyev: "Aris"lə oyunda şanslı tərəf biz olduq"
Kipr klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la oyuna ciddi hazırlaşmışıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
