Rahid Əmirquliyev: "Şahdağ Qusar"ın yaşaması üçün hər şey etməyə hazıram"
"Şahdağ Qusar"ın yeni prezidenti Rahid Əmirquliyev klubun fəaliyyətini davam etdirməsi üçün əlindən gələn hər şey etməyə hazırdır.
Bunu "Report"a açıqlamasında I Liqa təmsilçisinin yeni rəhbərinin özü deyib.
O, Qusar klubuna prezident təyin olunmasından danışıb:
"İstədik ki, Qusarda futbol yaşasın. Uzun illərdir "Şahdağ Qusar"a dəstək göstərən sponsor artıq əməkdaşlığı bitirib. Onlara əvvəlki illərdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Hər kəsin bildiyi kimi komanda yayda ciddi maliyyə problemləri ilə üzləşdi. Düşündüm ki, bu komandaya sahib çıxmalıyam. Bu işdə bizə dəstək olan Futbolun İnkişafı Fonduna təşəkkür edirəm. Qusarda futbol yaşamalıdır. İstəmərəm ki, II Liqanın çempionu fəaliyyətini dayandırsın. Həm futbolçu, həm də klub prezidenti kimi əlimdən gələn hər şeyin yaxşısını etməyə hazıram".
35 yaşlı yarımmüdafiəçi komandasının yeni mövsümdə I Liqadakı hədəflərindən söz açıb:
"Təəssüf ki, hədəfimiz çempionluq olmayacaq. AFFA-nın ayırdığı büdcə ilə komandanın I Liqadakı yerini qorumasına çalışacağıq. Heyətin əksəriyyətini gənclər təşkil edir. Ötənilki heyətdən cəmi 4 futbolçu bizimlə qalıb. Elnur Abdullayev ötən il olduğu kimi baş məşqçi funskiyasını yerinə yetirəcək".
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm Azərbaycan II Liqasının qalibi olub.
Oxşar xəbərlər
Rahid Əmirquliyev "Şahdağ Qusar"ın rəhbəri təyin olunub
"Şahdağ Qusar"ın direktoru: "I Liqada da yüksək yerlər uğrunda mübarizə aparacağıq"
Qusarda Azərbaycan və Pakistan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb
Julio Romao: "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram"
Futbol üzrə Azərbaycan Kubokunda mövsümün ilk oyunu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
