"Şahdağ Qusar"ın direktoru: "I Liqada da yüksək yerlər uğrunda mübarizə aparacağıq"
Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanan "Şahdağ Qusar" komandası bu çempionatda da yüksək yerlər uğrunda mübarizə aparacaq.
Bunu "Sizinxeber.az"a açıqlamasında bölgə təmsilçisinin direktoru Elçin Cananov deyib.
O, II Liqada çempion olmaları ilə bağlı fikirlərini bölüşüb:
"Biz ötən mövsümdə də I Liqaya vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Həmin vaxt bunu bacarmadıq, üçüncü yeri tutduq. Bu dəfə isə mövsümə daha ciddi hazırlaşdıq. Sponsorlar tərəfindən qarşımıza hədəf kimi çempion olmaq yox, I Liqaya vəsiqə qazanmaq qoyulmuşdu. Komanda olaraq çempion olmaq da istəyirdik. Azarkeşlərimiz də bunu tələb edirdi. Çempionluğu haqq edirdik. Mövsümə yaxşı başladıq. Ağır və çətin matçlarımız oldu. Amma sonda titula sahib çıxdıq. Bütün fanatlarımızı sevindirə bildik".
Klub rəsmisi 2025/2026 mövsümdəki hədəflərdən də söz açıb:
"Növbəti planlarımızı, sənədləri sponsorumuza təqdim etmişik. Onlardan cavab gözləyirik. Yəqin ki, yaxın günlərdə cavab gələcək, büdcə ayrılacaq. I Liqada hansısa hədəflərə nail olmaq üçün maliyyə lazımdır. Onların verəcəyi cavaba əsasən planlarımızı müəyyənləşdirəcəyik, 10-15 günlük fasilədən sonra yeni mövsümün hazırlıqlarına başlaya biləcəyik. İnanıram ki, I Liqada da ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Fikrimcə, komanda ilk "3-lük"də yer ala bilər. Bu, mümkündür. I Liqadakı klubların iddialarını, məqsədlərini də bilmirik. Amma biz yüksək yerlər uğrunda oynayacağıq".
Qeyd edək ki, "Şahdağ Qusar" II Liqada 72 xalla çempion olub.
Oxşar xəbərlər
Azərbaycan çempionu: Premyer Liqada qalib olmağı haqq edirdik
"Azərreyl"in baş məşqçisi: "Azərbaycan çempionatı ötən mövsümə nisbətən bizim üçün daha çətin keçdi"
“Şamaxı”nın İdarə Heyətinin sədri: Premyer Liqaya qayıdaraq tarixi gerçəkləşdirdik - MÜSAHİBƏ
Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan güləşçisi: “Məqsədim çempion olmaq idi”
"Azərreyl"in voleybolçusu: "Azərbaycan çempionu olmaq gözəl hissdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
