Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"
Cüdoçularımız yarışda yaxşı təcrübə qazandılar.
Bunu "Report"a açıqlamasında cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Bəhreyn Krallığının paytaxtı Manamada təşkil olunan Gimnaziada İdman Oyunları ilə bağlı danışarkən deyib.
Mütəxəssis turnirin maraqlı keçdiyini bildirib:
"Bu, bizim üçün yeni sınaq idi. İlk dəfə belə yarışa qatıldıq. Güclü rəqabət var idi. Cüdoçularımız yaxşı təcrübə qazandılar. Bu, gələcək və bizim üçün faydalı olacaq. Oğlanlar 11 medal qazandılar. Onlardan 2-si qızıl, 4-ü gümüş, 5-i bürünc əyarlıdır. Komanda hesabında birinci olduq".
Alimli qarşıdakı hədəflərdən də söz açıb:
"2025-ci ildə Azərbaycan çempionatı keçiriləcək. Bundan sonra yığma formalaşacaq. 2025-ci ildə bizi ağır və maraqlı turnirlər gözləyir. Avropa, dünya çempionatı, EYOF və III MDB Oyunlarında çıxış edəcəyik. Bu sınaqlara hazır olmalıyıq. İkinci və üçüncü heyət də formalaşmalıdır ki, hər yarışda uğurlu çıxış edə bilək. Planımız yenə turnirlərdə lider olmaqdır. Son üç ildə bunu bacarmışıq".
Oxşar xəbərlər
Azərbaycanın akrobatika gimnastikası millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Elxan Məmmədov: Avropa çempionatı bizim üçün bundan yaxşı keçə bilməzdi
Azərbaycan Gimnastika Federasiyasının baş katibi mundialda qazanılan tarixi nəticəni dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Azərbaycan millisinin böyük məşqçisi cüdoçuların "Böyük Dəbilqə"dəki çıxışını dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











