Tofiq Musayevin Bakıdakı UFC turnirində iştirak etməsi üçün danışıqlar gedir - EKSKLÜZİV
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev iyulun 21-də Bakıda təşkil olunacaq Mütləq Döyüş Çempionatının (UFC) turnirində iştirak edə bilər.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov məlumat verib.
O, bu məsələ ilə bağlı hələlik danışıqların davam etdiyini bildirib:
"Yarışda Rafael Fiziyev və Nazim Sadıqovdan başqa, Tofiq Musayevin də iştirakı gözlənilir. Buna 2-3 gün sonra aydınlıq gələcək. Fiziyev və Sadıqovdan Bakıda qələbə gözləyirik. Turnir Azərbaycanda keçirildiyindən onların motivasiyaları da artacaq. Hazırda hər ikisi yaxşı formadadır. Diqqət mərkəzində olduqları üçün yarışa daha yaxşı hazırlaşacaqlar".
Qeyd edək ki, “UFC Fight Night” iyulun 21-də Bakı Kristal Zalında baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Castin Qeydjiyə məğlub olub
Azərbaycanın MMA döyüşçüsü yeni turnirdə iştirak edəcək
Azərbaycanın MMA döyüşçüsü: "UFC-nin təklifindən imtina etməyimin səbəbi qonorarın az olmasıdır"
Tofiq Ağababayevlə vida mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
