Sizinxeber.az » İdman » Fərdi » FIDE reytinqi: Şəhriyar Məmmədyarov üç pillə irəliləyib

FIDE reytinqi: Şəhriyar Məmmədyarov üç pillə irəliləyib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində üç pillə irəliləyib.

"Report"un məlumatına görə, 39 yaşlı qrossmeyster noyabr ayı üçün tərtib olunan siyahıda 2738 əmsal 15-ci pillədə qərarlaşıb.

İki sıra geriləyən Teymur Rəcəbov (2698) 33-cüdür.

Rauf Məmmədovun (2651) da mövqeyində dəyişiklik baş verib. İti zəka sahibi 90-dan 82-ci yerədək yüksəlib. Ötən ay siyahıda yer alan Aydın Süleymanlı isə "100-lük"dən kənarda qalıb.

Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2417) 39-cu, Gövhər Beydullayeva (2403) 44-cü, Ülviyyə Fətəliyeva (2381) 65-ci, Xanım Balacayeva (2362) isə 79-cu pillədə yer alıb.

Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2551) qərarlaşıblar.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !