FIDE: Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib, Teymur Rəcəbov irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Sizinxeber.az"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun (2733 xal) mövqeyi dəyişməyib. O, hazırda 17-ci pillədə qərarlaşıb.
İki sıra irəliləyən Teymur Rəcəbov (2700) 31-ci, Rauf Məmmədov (2637 xal) 100-cüdür.
Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2798) üçüncüdür.
Qadınlardan iki pillə geriləyən Günay Məmmədzadə (2433) 33-cü pillədə qərarlaşıb. On sıra itirən Gövhər Beydullayeva (2395) 53-cü, iki mövqe geriləyən Xanım Balacayeva (2384) 62-cidir. Ülviyyə Fətəliyeva (2369) isə 4 sıra irəliləməklə 68-ci yerdə qərarlaşıb.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venyun Yu (Çin, 2563), üçüncü sırada Tan Zonqyi (Çin, 2551) yer alıb.
Oxşar xəbərlər
Azərbaycanın qadınlardan ibarət millisinin FIFA reytinqində mövqeyi dəyişməyib
Paris-2024: Azərbaycan medal sıralamasında 25-ci pillədə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
