Azərbaycan millisinin baş məşqçisi: Dünya Seriyasının final mərhələsində maksimum nəticə qazanmaq niyyətindəyik
Dünya Seriyasının sonuncu - final mərhələsində maksimum nəticə qazanmaq niyyətindəyik.
Bunu "Report"a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani deyib.
Mütəxəssis yarışla bağlı ümidlərinin böyük olduğunu bildirib:
"Final raundu digərlərinə nisbətən dörd dəfə çox reytinq xalı verir. Dünya çempionunun müəyyənləşməsi baxımından məsuliyyətli turnirdir. Yarışa az müddət qalıb. Bərpadan sonra ağır məşqlərimiz olacaq. Sonra tam hazırlıqlara start verəcəyik. Dünya çempionatının qalibi və mükafatçıları məhz orada bəlli olacaq. Hər şey yolunda getsə, yaxşı nəticələr əldə edəcəyik".
Baş məşqçi Yunanıstanın Katerini şəhərində keçirilmiş IV mərhələdə Ramiz Həsənovun (80 kq) bürünc, İbrahim Yusubovun (90 kq) qızıl medal əldə etməsinə də toxunub:
"Bu turnirə çox yaxşı hazırlaşmışdıq. İki idmançı ilə təmsil olunurduq. Hər ikisi mükafatçılar sırasına düşdü. İkisi də qızıl medal ola bilərdi. Ramiz Həsənov yarımfinalda gərgin mübarizədə məğlub oldu. Üçüncü yer uğrunda qarşılaşmada qələbə əldə etdi. Uduzduğu rəqib də çempion oldu. Qızıl medala sahib çıxan İbrahim Yusubov (90 kq) əvvəlki seriyalarda buna nail olmamışdı. Son iki Dünya Seriyasının finalında yenildiyi güləşçini bu dəfə yarımfinalda məğlub edə bildi".
Oxşar xəbərlər
Azərbaycanın çimərlik güləşçiləri Yunanıstanda iki medal qazanıblar
Azərbaycanı Dünya Seriyasının IV mərhələsində təmsil edəcək güləşçilər müəyyənləşib
Baş məşqçi: Hər döyüşə final kimi yanaşmışıq
Azərbaycan millisinin basketbolçusu: Olimpiadadan sonra yarışa hazırlaşmaq çətin idi
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











