Baş məşqçi: Hər döyüşə final kimi yanaşmışıq
sizinxeber.az xəbər saytı

Baş məşqçi: Hər döyüşə final kimi yanaşmışıq


“Hazırlıq proseslərimiz, istər taktiki-texniki olsun, istərsə də fiziki olsun çox yaxşı keçib”.

“Sizinxeber.az” xəbər verir ki, bu sözləri parataekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Tagızadə jurnalistlərə açıqlamasında deyib.

O, əziyyətlərinin bəhrəsini gördüyünü bildirib: “Hər döyüşə final kimi yanaşmışıq. Yarışlara çox yaxşı motivasiya olmuşdular ki, yaxşı da nəticə olub”.

Qeyd edək ki, Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan Azərbaycan yığmasının üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıb. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb.

Oxşar xəbərlər

“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
Sabir Zeynalov: Los-Ancelesdə daha yaxşı nailiyyət əldə etmək üçün çalışacağam
Parisdə qızıl medal qazanan parataekvondoçu qalibiyyətini şəhid ailələrinə həsr edib
Paris-2024: Lamiyə Vəliyeva paralimpiya çempionu olub
Paris-2024: Azərbaycan medal sıralamasında 26-cı pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər