Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandaların üzvləri ilə görüşüb
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət milli komandaların idmançıları, məşqçiləri və tibbi-dəstək heyəti ilə görüş keçirib.
ACF-dən "Sizinxeber.az"a verilən məlumata görə, toplantı zamanı federasiya rəhbəri komanda üzvlərini yeniyetmələrin dünya çempionatı və gənclərin Avropa çempionatında qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib.
Rəşad Nəbiyev gənc idmançıların komanda yarışlarında göstərdikləri əzm və fədakarlığın təqdirəlayiq olduğunu vurğulayıb.
Bu qələbələrin Prezident İlham Əliyevin cüdonun inkişafına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olduğu qeyd edilib.
Görüşdə həmçinin Azərbaycanın ən ucqar bölgələrində belə cüdo zallarının açıldığı, mövcud cüdo obyektlərinin infrastrukturunun yaxşılaşdırıldığı bildirilib. Bu addımların ölkədə cüdonun inkişafına töhfə verəcəyi qeyd olunub.
ACF prezidenti idmançılara gənclərin dünya çempionatında və digər yarışlarda uğurlar arzulayıb, onların potensiallarını tam həyata keçirmələri üçün zəruri resurs və dəstəyin təmin olunacağını bildirib.
Qeyd edək ki, yeniyetmələrdən ibarət milli dünya çempionatında 2 qızıl və 2 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci, oğlanların sıralamasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.
Gənclərdən ibarət yığma isə Avropa çempionatının fərdi yarışlarında 4-ü qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 8 medal əldə edib. Beləliklə, Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların mübarizəsində 2-ci yerdə qərarlaşıb. Avropa çempionatının qarışıq komanda yarışında isə Azərbaycanın gənclərdən ibarət yığması tarixində ilk dəfə qızıl medal qazanıb.
Oxşar xəbərlər
Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb
Avropa çempionu olan Azərbaycanın gənc cüdoçuları ölkəyə dönüblər
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
