Avropa çempionu olan Azərbaycanın gənc cüdoçuları ölkəyə dönüblər
sizinxeber.az xəbər saytı

Avropa çempionu olan Azərbaycanın gənc cüdoçuları ölkəyə dönüblər


Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa çempionatında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançıları vətənə qayıdıblar.

“Sizinxeber.az” xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Cüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olublar. Milli üzvləri 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Avropa çempionatında ümumi hesabında da birinci yeri tutub.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatında qarışıq komanda yarışının qalibi olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıdıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər