Azərbaycan millisinin baş məşqçisi: Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm
Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm.
"Report"un Parisə ezam olunmuş əçəkdaşı xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Siana Vasilyeva Paris-2024-də kollektivin göstərdiyi tarixi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis komandanın çıxışını qiymətləndirib:
"Bu da gərgin əməyin nəticəsidir. Qızların çıxışından razı qaldım. Qarşıdakı yarışlarda daha yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm. Əsas məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək idi. Buna da nail olduq".
Qeyd edək ki, təmsilçimiz Paris-2024-də 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə imza atıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə imza atıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan millisi final mərhələsində mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












