Azərbaycan cüdoçularının Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib.
"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilib.
Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Elşən Əsədov (66 kq) isə 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə
66 kq, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək. Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki rəqibləri bəlli olub
Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirindəki ilk rəqibləri müəyyənləşib
Azərbaycanı Monqolustandakı Böyük Dəbilqə turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Monqolustandakı "Böyük Dəbilqə" turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











