Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycanı Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib.
"Sizinxeber.az" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz yarışda qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.
Cüdoçular Rəşad Məmmədov (qadınlardan ibarət yığma), Elçin İsmayılov və Slavko Tekiçin (böyüklərdən ibarət yığma) rəhbərliyi altında çıxış edəcəklər.
Qadınların yarışında Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zaməddin Poladov (81 kq) və Vüqar Talıbov (90 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Avropa çempionatında iştirak edəcək Azərbaycanın gənc cüdoçuları bəlli olub
Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
