Azərbaycan cüdoçuları Açıq Avropa turnirində iştirak edəcəklər
Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Açıq Avropa turnirində iştirak edəcəklər.
Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev (hamısı 60 kq), Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev, Nazir Talıbov (hamısı 66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Nihad Şıxəlizadə (100 kq), Camal Qamzatxanov və İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, sentyabrın 28-29-da keçiriləcək və 34 ölkədən 371 idmançının yarışacağı turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Oxşar xəbərlər
Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Avropa çempionatında iştirak edəcək Azərbaycanın gənc cüdoçuları bəlli olub
Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb












