Rüfət Səfərovun həbs müddəti uzadılıb
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində təqdimatla bağlı qərar verilib. Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti mayın 3-dək uzadılıb.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Rüfət Səfərov həbs olunub - YENİLƏNİB
Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib
İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib
Rüfət Səfərovla bağlı məhkəməyə təqdimat daxil olub
Ramin Dekonun həbs müddəti uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
