Rüfət Səfərov həbs olunub - YENİLƏNİB
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.
Sizinxeber.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Emin Şirvanzadə
***
17:26
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
Sizinxeber.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.
Hazırda məhkəmə keçirilir.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Rüfət Səfərovla bağlı məhkəməyə təqdimat daxil olub
İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib
Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddələri ilə ittiham irəli sürülüb
Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbs müddəti uzadılıb - YENİLƏNİB
Bakıda tanışını döyərək 7 il həbs cəzası alan şəxs azadlığa buraxılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
